Bakıda su borusu partladı

11:54 20 İyun 2024

Nəsimi rayonunda su borusu partlayıb.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumatda qeyd olunub ki, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsində su xəttinin partlaması nəticəsində dünən gecədən başlayaraq su yola axır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Neyman Səfərəliyev bildirib ki, həmin ərazidə 200 mm diametrli xətdə qəza baş verib:

"Uzun müddət istismarda olan köhnə xətdir. Çox güman ki, bu səbəbdən olub. Amma dəqiq səbəbi qazıntı zamanı məlum olacaq. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq".



Xəbər xətti