Qarabağ Universitetində yeni vakansiya elan olundu

11:32 21 İyun 2024

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunur.

Elm və Ali təhsil üzrə Dövlət Agentliyindən Sitat.info-ya verilən məlumata görə, Qarabağ Universitetində Musiqişünaslıq, pianino, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir.



Xəbər xətti