Azərbaycanda gənclərin sayı açıqlandı

10:57 28 İyun 2024

Azərbaycanda 2 milyondan çox gənc var.

Sitat.info xəbər verir ki, bunu “Qayıdış könüllüləri” proqramı çərçivəsində “Laçın könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı mətbaut konfransında gənclər və idman nazirinin müavini İndra Hacıyeva deyib.

O bildirib ki, gənclər dövlət siyasətinin həyata keçməsində mühüm rol oynayırlar:

“Könüllülər müxtəlif layihələrdə özlərini çox yaxşı göstərirlər. Azərbaycan könüllüləri Avropa Oyunlarında mühüm rol oynayıblar. Həmçinin ölkəmizdə müxtəlif qurumların öz könüllüləri var. Onlar bu qurumlarda, o cümlədən ASAN xidmətdə iş təcrübəsi qazanırlar”.

Nazir müavinin sözlərinə görə, könüllülər “Böyük Qayıdış” layihəsində də mühüm rol oynayırlar.



Xəbər xətti