Modriçin "Real Madrid"dəki taleyi bəlli oldu

18:30 17 İyul 2024

İspaniyanın "Real Madrid" futbol klubu komandanın kapitanı Luka Modriçlə müqaviləni bir mövsüm də uzadıb.

Sitat.info xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilir ki, 38 yaşlı xorvat yarımmüdafiəçi ilə yeni müqavilə 30 iyun 2025-ci il tarixinədək nəzərdə tutulub.

Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. O, bütün turnirlərdə komanda ilə 534 oyun keçirib, bu oyunlarda 39 qol vurub. Ümumilikdə Modriç klubun heyətində Çempionlar Liqasında altı qələbə də daxil olmaqla 26 titul qazanıb.



Xəbər xətti