Lerikin Cənginəvud kəndinə yaşayan, II Qarabağ müharibəsi şəhidi Ceyhun Səfərovun ailəsi uçmaq təhlükəsi olan, qəzalı vəziyyətdəki evdə yaşayırlar.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə Fuad Cəlilov adlı istifadəçi paylaşım edib.
F.Cəlilov qeyd edib ki, Ceyhun Səfərov müharibədə könüllü iştirak edib.
"Ceyhun Səfərov bizim kəndçimizdir. Müharibə səfərbərliyi başlayan Ceyhun Türkiyədə işləyirdi. O öz işini tullayıb təyyarəyə oturub ölkəyə gəldi. Gedib səfərbərliyə yazılmışdı. Rəhmətliyə heç çağırış vərəqəsi gəlməmişdi, amma o könüllü getmişdi müharibəyə.
Bu fotoları Mehdibəy Səfərov paylaşıb. Fotolardan evlərinin uçmaq təhlükəsi aydın görünür. Ceyhun özü könüllü müharibəyə gedərək şəhid olub. Belə bir övladı şəhid ailəyə qarşı diqqətsizlik ayıb işdir".
Sosial şəbəkə istifadəçiləri Ümid edirik ki, Lerik Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələyə diqqət göstərəcəyinə ümid etdiklərini bildiriblər.
"Ümid edirik ki, bu qurumlar şəhidin ailəsi ilə əlaqə saxlayacaq, Caynəvu (Cənginəvud) kəndinə gedib vəziyyəti öz gözlərilə görəcəklər. Sonra da aidiyyati qurumlar qarşısında məsələ qaldıracaqlar. Bir şəhid ailəsi üçün ev tikmək dövlətimiz üçün bir xərc deyil".
Məğrur,
Sitat.info