Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

15:39 3 Oktyabr 2024

Oktyabrın 4 və 5-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı, çaylarda sululuğun artacağı ehtimalı var.



Xəbər xətti