Oktyabrın 21-də Kürdüstan əyalətinin Sərvabad bölgəsində SEPAH zabitləri ilə silahlı toqquşma baş verib.
Sitat.info xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı xəbər verib.
Məlumata görə, Kürdüstan Azad Həyat Partiyasının (PJAK) qüvvələri ilə silahlı qarşıdurma zamanı bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.
Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib. Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.
Nigar,
Sitat.info