Oktyabrın 21-də İranın Kürdüstan əyalətinin Sərvabad bölgəsində SEPAH zabitləri ilə silahlı toqquşma baş verib.
Sitat.info “Azad İran”a istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) məlumat yayıb.
Qeyd olunub ki, “Kürdüstan Azad Həyat Partiyasının” (PJAK) qüvvələri ilə silahlı qarşıdurma zamanı bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.
Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib.
Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.