İranda dini xadim güllələndi

16:11 25 Oktyabr 2024

İranda dini xadim Məhəmməd Sabahinin güllələnməsi hadisəsi baş verib.
Sitat.info  IRNA informasiya agentliyinə istinadən xəbər verir ki, bu gün Kazərun şəhərində cümə namazından sonra naməlum şəxs Sabahini vurub. Hadisədən sonra hücum edən şəxs intihar edib.

Məhəmməd Sabahini xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə cəmiyyətdə böyük şok və narahatlıq doğurub.



Xəbər xətti