Türkiyənin Müdafiə Sənayesi naziri: "Terror bizim qarşımızı ala bilməyəcək, daha böyük motivasiya ilə çalışacağıq"

18:15 25 Oktyabr 2024

Türkiyənin Müdafiə Sənayesi naziri Haluk Görgün SAHA EXPO Beynəlxalq Müdafiə, Aerokosmik Sənayesi Sərgisində  danışıb.

Sitat.info xəbər verir ki, Görgün TUSAŞ-a edilən hücumdan sonra işçilərin daha çox çalışıb, daha çox istehsal etmək istədiyini ifadə edib.

“Biz qəhrəman ordumuz üçün çalışan texnologiya ordusuyuz, gecə-gündüz işləməyə davam edəcəyik”.

Müdafiə Sənayesi naziri Haluk Görgün, TUSAŞ-a terror hücumundan sonra çox qərarlı olduqlarını bildirib. “Daha böyük motivasiya ilə biz qəhrəman ordumuz üçün istehsal etməyə davam edəcəyik. Terror hücumlarının məhsuldar Türkiyənin qarşısını ala bilməyəcəyini deyib. “Biz gecə-gündüz işləməyə davam edəcəyik.

Məğrur,

Sitat.info



Xəbər xətti