Gələn ildən bu xəstələrin dərmanlarını İTS ödəyəcək- Açıqlama

18:44 25 Oktyabr 2024

Növbəti ildən ambulator xəstələrə həkim tərəfindən yazılmış əsas müalicə dərmanlarının tibbi sığorta paketinə daxil edilməsi və İTS tərəfindən ödənilməsi gözlənilir.

Sitat.info xəbər verir ki, bunu İTS Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Leyla Lətifova Qəbələ xəstəxanasına mediaturda saytımızın əməkdaşına bildirib.

“Mərhələli qaydada birinci ürək-damar xəstəlikləri, həzm sistemi, daha sonra tənəffüs sistemi xəstəlikləri üzrə dərmanların təmin olunması nəzərdə tutulub.

Azərbaycanda Tibbi Sığorta haqqında qanunda dəyişikliklər qəbul edildikdən sonra, qanun öz təsdiqini taparsa proseslər sürətlə həyata keçiriləcək.

Dərmanların apteklərdə xüsusi qrup üzrə xəstələrə sığorta ilə pulsuz verilməsinə başlanılacaq”.



Xəbər xətti