İran ərazisinə hücumun İsrail üçün acı nəticələri olacaq.
Sitat.info xəbər verir ki, bu sözləri SEPAH komandiri Hüseyn Salami deyib.
“Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində məqsədlərinə çata bilməyən qatil İsrail rejiminin qanunsuz hərəkətləri bu rejimin döyüş meydanında səhv hesablamasını və çarəsizliyini göstərir. Və həqiqətən də işğalçılar üçün ağlasığmaz dərəcədə acı nəticələr olacaq”, - Salami bildirib.