"WhatsApp"ın "Android" versiyasına süni intellektə əsaslanan yeni funksiya əlavə edilib. Tətbiqin tərtibatçıları bildiriblər ki, "Meta Al" texnologiyasından istifadə edən çat-bot, ən uyğun cavabları təmin etmək üçün istifadəçilərin yazışmalarının bir hissəsini yadda saxlaya bilir.
Tərtibatçıların bildirdiklərinə görə, bu funksiya hazırda inkişaf mərhələsindədir.
İstifadəçilər "Yaddaş" bölməsi vasitəsilə saxlanılan məlumatları idarə edə biləcək və istədikləri zaman çat-botdan məlumatları silə biləcəklər.oxu.az