Azərbaycanda qadınlar bu sahədə də kişilərdən geri qalır - Statistika açıqlandı

15:02 29 Oktyabr 2024

"Azərbaycanda media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir. Bununla yanaşı, gender bərabərliyi ilə bağlı məsələlər cəmiyyətin digər zümrələri kimi, jurnalistika üçün də keçərlidir. Belə ki, media subyektlərində idarəçi qərarverici şəxslərin yalnız 21 faizi qadınlardan, 79 faizi kişilərdən ibarətdir. Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər, yəni qərarverici şəxslərin 20 faizi qadınlardır. Digər 80 faizi isə kişilər təşkil edir".

Bu sözləri MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti  Müşfiq Ələsgərli Şuranın bugünki toplantısında deyib.

 M.Ələsgərli bildirib ki, tədqiqat audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən, 26  jurnalist təşkilatını əhatə edib. Ümumilikdə 180 qurum tədqiqata cəlb edilib.

Türkan,

Sitat.info



Xəbər xətti