Ermənistan XİN rəhbəri Ararat Mirzoyan noyabrda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək niyyətindədir.
Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan rəsmilərinə istinadən yazır.
Qəzetin məlumatına görə, Ermənistan parlamentinin qapalı iclasında Mirzoyan, Azərbaycanın erməni əsirləri Ermənistana qaytarması şərti ilə Bakıya gedəcəyini bildirib. Xüsusilə vurğulanıb ki, söhbət qondarma Artsaxın "rəhbərliyindən" yox, sadə vətəndaşlardan gedir. Bununla belə, Emənistanın xarici işlər naziri hətta Bakıda bu məsələni qaldırmağa belə hazır olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, Azərbaycanda erməni hərbi əsir yoxdur və Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb.
Nigar,
Sitat.info