Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərində “Komsomolskaya Pravda”nı xatırladır

11:27 30 Oktyabr 2024

Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.

Sitat.info  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”, eləcə də bəzi Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin aşağı düşdüyünü əks etdirən bu məqaləsinə cəlb etmək istərdim”, – H.Hacıyev yazıb.



Xəbər xətti