Kamala Harris dünən paytaxt Vaşinqtonda mitinq keçirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Harrisin Trampı tənqid edən çıxışı Qəzza etirazı ilə kəsilib.
Mitinqdə Fələstinlə həmrəylik şüarları səsləndirən bir qrup, Amerikadan İsrailə silah dəstəyi verməməyi tələb edib.
Respublikaçı rəqibi Donald Trampın ölkəyə ancaq “xaos” və “böhran” gətirəcəyini deyən Harris, Trampın iqtisadi göstərişlərinin orta və aşağı gəlirli qruplara zərər verəcəyini deyib.
Harris ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyinə görə etirazlara məruz qalıb. İzdiham Fələstin və Qəzzaya dəstək şüarları səsləndirərək Co Bayden-Kamala Harris rəhbərliyinə reaksiya verib. Etirazçılar Harrisin çıxışı bitənə qədər nümayişlərini davam etdirib , pankart və şüarların müşayiəti ilə Ağ Evin yerləşdiyi küçəyə doğru gediblər.
Türkanə,
Sitat.info