Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq.
Sitat.info xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib.
"Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq", - o əlavə edib.
Qeyd edək ki, 12-13 noyabr qeyri-iş günləridir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8-13 noyabr tarixləri qeyri-iş günləri elan edilib.