"Bu Cümhuriyyət türkün də, kürdün də Cümhuriyyətididir" - Ərdoğan

14:02 30 Oktyabr 2024

"Bu Cümhuriyyət həm türklərin, həm də kürdlərin Cümhuriyyətidir. Vətəndə yaşayan hər kəsin Cümhuriyyətidir".

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, terror məsələsi Türkiyənin gündəmindən çıxacaq: "Terror məsələsini, Allahın izni ilə ölkəmizin gündəmindən tamamilə çıxararaq, millətə xidmət etməklə keçən 40 illik siyasi fəaliyyətimizi  taclandırmaq niyyətindəyik.   Bu gün bir daha qardaşlığı gücləndirmək üçün unikal imkanımız var. Cənab Baxçalıya sevimli millətim adından təşəkkürümü bildirirəm. Cənab Baxçalı, hər zaman tarix yazan, istiqamət göstərən liderdir".

Məğrur,

Sitat.info



Xəbər xətti