İsrail rəsmiləri: "İranın hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb” 

15:19 30 Oktyabr 2024

İsrailin yüksək rütbəli rəsmiləri “Fox News”a İranın bütün uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin və orta mənzilli raketlərinin əksəriyyətinin oktybarın 26-da kütləvi hücumlar zamanı sıradan çıxdığını bildiriblər.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  hücumlarda İranın 2016-cı ildə Rusiyadan aldığı 3-4 ədəd S-300PMU2 sistemləri də məhv edilib.

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Hokstein sözügedən sistemlərin məhv edildiyini təsdiqləyərək, İranın faktiki olaraq müdafiəsiz hala salındığını deyib.

Qeyd olunub ki, İsrailin hücumlarında qırıcılar, F-35 təyyarələri İranın bir neçə komanda mərkəzini və istiqamətləndirici radarlarını hədəfə alıb.

Bu radarlar İranın İsrailə qarşı son ballistik raket hücumlarında istifadə edilib. 

Seymur,

Sitat.info



Xəbər xətti