Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçması təhlükəsi aradan qaldırılıb.
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, FHN tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb.