Rusiya qalib gəldi - Zelenski

21:45 30 Oktyabr 2024

Rusiya Gürcüstanda qalib gəldi.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Etiraf etməliyik ki, bu gün Rusiya Gürcüstanda qalib gəlib. Əvvəl Gürcüstanın bir hissəsini aldılar, ardınca siyasəti və hakimiyyətini dəyişdilər. İndi orada rusiyayönlü hakimiyyət və mövqelər var”, - prezident bildirib.

Zelenskinin fikrincə, Gürcüstan hakimiyyətinin məqsədi Avropa Birliyinə üzvlük yox, Rusiya ilə dostluqdur: “Mövqelərini dəyişdilər. Bu gün Rusiya qalib gəldi. Gürcüstanın azadlığını əlindən aldılar”.



Xəbər xətti