Qaradağ rayonunda ər-arvad qonşusunu boğub.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, Səngəçal qəsəbə sakini 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törədən sözügedən cütlük polis əməkdaşları tərəfindən saxlanılıb, prokurorluğa təhvil verilib.