“Şimali Koreyanın Rusiya tərəfində döyüşdüyü məlumdur. Əgər Koreya yarımadasında nə vaxtsa müharibə başlasa, Şimali Koreya Rusiyanın kömək edəcəyinə ümid edə bilər”.
Bu sözləri Cənubi Koreyanın Rusiyadakı keçmiş səfiri Wi Seong Lak deyib.
Cənubi Koreyanın Milli Təhlükəsizlik Strategiya İnstitutu (INSS) qeyd edib ki, Pxenyan münaqişəni tez bir zamanda dayandıra biləcək respublikaçı Donald Trampın qələbəsinə ümid edərək, ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl Rusiyaya öz ordusunu göndərə bilər.
Məğrur,
Sitat.info