Binə qəsəbəsində evlərin birindən oğurluq olub.
Sitat.info xəbər verir ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən ev sahibi oktyabrın 27-nə keçən gecə evindən 3000 manat dəyərində naqilin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı B.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.