Yelo Bankdan bayrağa hörmətsizlik sosial şəbəkələrdə haqlı narazılığa səbəb oldu. Azərbaycan Bayrağı miskin vəziyyətdə, küləkli havanı bəhanə edərək heç bir əməkdaş bayrağın götürülməsinə cəhd etmir.
Belə çıxır ki, qeyri iş saatında - küləkdə, yağışda, qarda Bayrağa hər şey etmək olar. 44 günlük Vətən Müharibəsində qəhrəman oğullar qeyri-iş saatında, qeyri-iş günlərində, qarda, yağışda və məhz noyabr ayının bu günlərində şəhid olub Qarabağın hər kəndində, rayonunda Bayrağımızı dalğalandırırdılar.
Azərbaycan bayrağı bu münasibəti haqq etmir, Yelo Bank!