Bu gün səhərdən etibarən Bakı bulvarı ərazisində, Xəzər dənizinin sahilində 16 metr uzunluğunda hiperreal ölçüdə olan bir kaşalot özünü sahilə vurub.
Oxu.Az xəbər verir ki, COP29 zirvə toplantısının keçirildiyi müddətdə bu sənət əsəri ətraf mühit və dənizlərin, su hövzələrinin mühafizəsinin vacibliyi haqqında böyük mesaj çatdırır.
Səhər saatlarından Balina instalyasiyası yüzlərlə şəhər sakini və qonaqların diqqətini cəlb edib. Belçikada fəaliyyət göstərən "Captain Boomer Collective" tərəfindən yaradılan bu instalyasiya reallıqla fantastikanı ehtiva edir. 2008-ci ildən bəri Balina London, Paris, Varşava, Adelaide və Madrid kimi böyük şəhərlərdə təqdim edilib. Lakin COP29 konfransının əhatəli və emosional kontekstində bu təqdimat ilk dəfə baş tutur.
"Captain Boomer Collective" FINS təşəbbüsü tərəfindən Bakıya dəvət olunub. Bu tədbirin tərkibinə panel müzakirələr, film nümayişləri, təqdimatlar və iki foto sərgi keçirilir. Onlardan biri COP29-un Yaşıl Zonasında, FINS təşəbbüsünün pavilyonunda, digəri isə açıq havada - Bakı bulvarında keçirilən sərgidir. Bu tədbirlər dərin dəniz hasilatı və Norveçdə balina ovu, Farer adalarında delfin ovları, ildə 100 milyondan çox köpəkbalığının qanadlarının kəsilməsi və digər kritik məsələlər kimi dəniz həyatı üçün təhlükə yaradan aktual problemlərə həsr olunub. Balina instalyasiyasının daha dərin müzakirələrə səbəb olacağına və mesajımızın daha geniş auditoriyaya çatacağına inanırıq.