Türkiyənin birinci xanımı Əminə Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) haqqında paylaşım edib.
Sitat.info xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında COP29 sammitinin iqlimlə mübarizə ilə bağlı ortaq gələcək qurmaq üçün ümid vediyini qeyd edib.
Bu prosesdə gənclərin ekolojiyaya duyarlı olmasını, Azərbaycanın bu prosesə uzaqgörən liderliyini görməkdən xoşbəxt olduğunu bildirən Əminə Ərdoğan, səmimi qarşılamaya görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ürəkdən təşəkkür edib.
Nərgiz,
Sitat.info