Blinkenlə Hakan Fidan arasında telefon danışığı: "Bakı- İrəvan münasibətlərindəki son durum müzakirə edildi"

12:32 13 Noyabr 2024

Xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, telefon danışığında tərəflər Qəzzadakı son vəziyyəti, Livandakı hadisələri və Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan məqamı müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli sosial media hesabında məlumat verib. "Xarici işlər nazirimiz Hakan Fidan ötən gün axşam saatlarında ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Danışıqlar zamanı Qəzzada son vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycanla Ermənistan arasında sülh prosesində mövcud vəziyyət müzakirə olunub". 

Məğrur,

Sitat.info



Xəbər xətti