İlham Əliyevlə Putin arasında telefon danışığı baş tutub

13:22 15 Noyabr 2024

Azərbaycan prezidenti İlham  Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Sitat.info xəbər verir ki, bu barədə Kremldən məlumat verilib. 

Məlumata görə, Putin və Əliyev telefonla sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki icrasını müzakirə ediblər.

Bundan əlavə, tərəflər Moskva ilə Bakı arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Nərgiz,

Sitat.info 



Xəbər xətti