Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bizi sosial şəbəkələrdə də izləyin...