"COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşünün yekunlarına əsasən, "İqlim dəyişikliyi üçün mədəniyyət" təşəbbüsünün təsis olunması barədə qərar qəbul edilib".
Sitat.info xəbır verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, COP29 çərçivəsində noyabrın 15-də keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə mədəniyyət nazirlərinin 2-ci yüksəksəviyyəli görüşünün yekunlarına uyğun olaraq, iki qərar qəbul edilib:
"Bunlardan biri "Dostlar Qrupu" təşəbbüsünə başlanılması, digəri isə "İqlim dəyişikliyi üçün mədəniyyət" platformasının yaradılmasıdır. Əvvəlki COP-da "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti yox idi. Artıq bu təşəbbüs qrupunun geniş fəaliyyəti üçün hüquqi çərçivə təsdiq olunub. Nüfuzlu beynəlxalq təşkilatlar da "Dostar Qrupu"na öz dəstəklərini ifadə etdilər".