Bir sıra mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti uzadılır.
Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır.
Başqa sözlə, 31 dekabr 2029-cu il tarixinədək mis məmulatlarına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək.
Qərara əsasən, eyni zamanda ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları da artırılır.