Pakistanda sərnişin avtobuslarına silahlı hücum: 28 nəfər öldü

16:28 21 Noyabr 2024

Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində azı 28 nəfər ölüb, 30 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki,  bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobuslara atəş açıb.

İlkin məlumata görə, hücum nəticəsində azı 28 nəfər ölüb, 30 nəfər yaralanıb.

Yaralıların aparıldığı xəstəxananın həkimi Qayur Hüseyn hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Nərgiz,

Sitat.info 



Xəbər xətti