SON DƏQİQƏ! Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahu haqqında həbs qərarı

16:33 21 Noyabr 2024

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında Qəzzada hərbi cinayət törətdikləri səbəbi ilə həbs qərarı çıxarıb.

Sitat.info-nun xəbərinə görə, məhkəmə bəyan edib ki, Netanyahu və Gallantın cinayət törətdiyinə inanmaq üçün “ciddi əsaslar” var.

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin məhkəmənin yurisdiksiyasını qəbul etməsinin vacib olmadığını bildirib. 

Məhkəmə bu həbs qərarlarının elan edilməsinin zərərçəkmişlərin və onların ailələrinin marağında olduğunu qeyd edir.

BCM bəyan edib ki, iddia edilən cinayətlər arasında qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər var.

Nigar,

Sitat.info



Xəbər xətti