Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bütün tərəfləri iqlim hədəfləri istiqamətində addımlar atmağa çağırıb.
Sitat.info xəbər verir ki, "Haber Global" Quterreşin Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) çıxışını işıqlandırıb.
Çıxışına Braziliyada keçirilən G20 Sammitindən qayıtdığını bildirməklə başlayan Quterreş burada COP29-un müzakirə edildiyini bildirib.
Quterreş G20 liderlərinə COP29-da "yeni və iddialı" iqlim maliyyəsi hədəfinin təmin edilməsinə çağırdığını xatırladıb.
COP-da ortaq bir nöqtə üzərində çalışıldığını bildirən Quterreş, "Razılaşma üçün impuls görürəm. Digər tərəfdən ciddi fikir ayrılıqları da var", - deyə bildirib.
O, Bakıda yeni "iqlim maliyyəsi" hədəfi üzrə razılaşmanın zəruri olduğunu xatırladıb.