Goranboyda qadın bıçaqlanıb.
Sitat.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.
Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimovun qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü G.F.-nin bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçdiyi bildirilir.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.