Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər

18:34 22 Noyabr 2024

Mətbuatda işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülməsi barədə məlumat yayılıb.

O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Düzdür, bunu bütövlükdə baş nazir Nikol Paşinyan olmaqla Ermənistan əhalisinin hamısının adına yazmaq olmaz. Ancaq həmin azərbaycanlı döyülərkən ətrafdakı ermənilərin onu müdafiə etmədiyini bildirib.

Fiziki təzyiqə məruz qalarkən ətrafdakılar ona yardım etsəydilər, heç şübhəsiz bu məlumatda əks olunardı. Təbrizliyə qarşı hücumlar Ermənistan hüquq-mühafizə sistemi, təhlükəsizlik xidmətinin də yaramaz fəaliyyətinin göstəricisidir. Çünki hadisədən hər kəsdən əvvəl onların xəbər tutması vəzifə borclarıdır.

Təbrizdən olan etnik azərbaycanlı ilk növbədə İran İslam Respublikasının vətəndaşıdır. İran isə öz növbəsində Ermənistanın xilaskarıdır. Rusiyanın imkanı olmadığı vaxt Tehran bu ölkənin əhalisini aclıqdan xilas edib. Odur ki, erməni cəmiyyəti Ermənistana səfər edən İran vətəndaşlarına hörmətlə yanaşmağa borclu sayılır.



Xəbər xətti