Hindistan Ermənistana reaktiv atəş sistemləri göndərdi

14:19 25 Noyabr 2024

Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib:

“Xahiş edirik ki, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi açıqlamalarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”.

Qeyd edək ki, Ermənistan MN hərbi sirr sayılan məlumatları paylaşmamaq çağırışı ilə ötən gün müraciət yayıb./Axar.az



Xəbər xətti