Sabiq vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluq ittihamını qəbul etmədiyini bildirib.
Sitat.info bu barədə TASS-a istinadə xəbər verir.
O hesab edir ki, Rusiyada ona qarşı cinayət işi zərərçəkmiş tərəf kimi tanınan bloger Aleksey Blinovski tərəfindən verilən ərizə əsasında açılıb.
Keçmiş vəkilin sözlərinə görə, onun günahsız olduğunu şəxsi vəsaitini Rusiya ordusunun ehtiyacları üçün ianə etməsi sübut edir.
Məhkəmə E.Paşayevin həbs müddətinin uzadılmasını qanuni hesab edib.
"Təqsirləndirilən Elman Paşayevə qarşı həbs qətimkan tədbirinin uzadılması barədə Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın", - Apellyasiya Məhkəməsinin qərarında deyilir.
Hərbi müstəntiqlərin tələbi ilə Paşayevin həbs müddəti yanvarın 15-dək uzadılıb.