Ukraynadakı qərar qəbuletmə mərkəzləri “Oreşnik” raket sisteminin hədəfinə çevrilə bilər.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Hazırda Müdafiə Nazirliyi və Rusiya ordusunun Baş Qərargahı Ukrayna ərazisində məhv etmək üçün hədəflər seçir. Bunlar Kiyevdəki hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və ya qərar qəbuletmə mərkəzləri ola bilər. Ancaq son nəticədə biz seçilmiş hədəflərin xarakterindən və Rusiyaya yaradılan təhlükələrdən asılı olaraq məhvetmə vasitələrini seçəcəyik”, - Putin bildirib.
Putin “Oreşnik”in artıq kütləvi istehsalına başladığını xatırladıb.