Dünya bazarlarında neftin qiyməti artıb

09:58 29 Noyabr 2024

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 72,84 ABŞ dolları təşkil edib.

Sitat.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,39% artaraq 1 barelə görə 69,15 ABŞ dolları olub.



Xəbər xətti