Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi aeroport yolunda baş verən qəzanın görüntülərini yayıb.
Sitat.info-ya verilən məlumata görə, qəza zamanı "KİA" markalı avtomobil ikinci zolaqda dayanan "Prius"a çırpılıb.
Bütün bunlar onu göstərir ki, yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur.
Yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır. Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin maariflənməsi məqsədilə Aeroport şosesində qeydə alınan hadisənin videogörüntüsünü təqdim edir: