Bakıda 33 minlik DƏLƏDUZLUQ - Saxlanılanlar var

11:28 4 Dekabr 2024

Bakıda ümumilikdə 33 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakının Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Onların 6 nəfərin ümumilikdə 33980 manat pulunu və 2000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.



Xəbər xətti