Bakıda təcili tibbi yardım avtomobili aşıb.
Sitat.info xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı təcili tibbi yardım avtomobili digər nəqliyyat vasitəsilə toqquşandan sonra aşıb.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün 12:40 radələrində baş verib.
“Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobili qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.