Partlayış zamanı evsiz qalan sakinlərə ev veriləcək?

18:42 5 Dekabr 2024

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş qəza ilə əlaqədar müvafiq orqanlar tərəfindən binaya yoxlama aparılıb.

Sitat.info xəbər verir ki, bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib.

"Mütəxəssislərin rəyinə əsasən, müvafiq qərar veriləcək. Qərar alındıqdan sonra, əgər zərurət yaranarsa, ailələrin müraciətləri əsasında onlara müvəqqəti yaşayış yeri təmin ediləcək", - o qeyd edib.

Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.



Xəbər xətti