Rusiya ordusunun Nikolayev vilayətinin Voznesensk şəhərinə raket hücumu edib.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, dekabrın 5-də ruslar Voznesenski rayonuna X-59/X-69 raketləri ilə zərbələr endirib.
Hücum zamanı 74 yaşlı kişi evində həlak olub.
Dağıntıların düşməsi nəticəsində 30-a yaxın yaşayış binası, avtomobillər və elektrik xətləri zədələnib.
Kimin sözlərinə görə, hazırda elektrik təchizatının bərpası istiqamətində işlər aparılır.
Səid,
Sitat.info