"Təzə bazar"da partlayış: xəsarət alanlar var - Foto

16:28 7 Dekabr 2024

Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib.

Sitat.info xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti