Həbsdəki şəriki məhkəmdə Elman Rüstəmovu ifşa etdi – 5 milyon kredit korrupsiyası törədilib! (VİDEO)

16:59 7 Dekabr 2024

Yasamal Məhkəməsində Mərkəzi Bankın sabiq sədri, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı keçən məhkəmə prosesi davam etdirilib. 

Sitat.info xəbər verir ki, hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Elman Rüstəmovun tikitini məsələləri üzrə şəriki olmuş Azad Nağıyev ifadə verib.

Azad Nağıyev Nizami Kərimova məxsus olan qeyri-yaşayış sahəsini ondan xəbərsiz, 337 min manat dəyərləndirilməklə girov qoyulduğunu bildirib. O,  “Premium bank”dan 2 milyon 500 min manat, “Deka bank”dan da eyni məbləğdə, 6.5 faizlə istehlak kreditinin verilməsinin sensasion təfərrüatlarını açıqlayıb. Deyib ki, Elman Rüstəmovun göstərişinə əsasən ona 5 milyon manat istehlak krediti verilib. Həmin kreditin bölgüsündən danışan Azad Nağıyev deyib ki, “Premium bank”dan aldığı 2 milyon 500 min manat krediti bankdan çıxmadan, ona əvvəlcədən verilən tapşırığa əsasən Elman Rüstəmovun xalası oğlu Rəşad Quliyevin 1 milyon 500 min mantlıq borcunun ödənməsi üçün verib:

-Mərkəzi Bankın nə marağı verdı ki, mənə 2 milyon 500 və üstəlik 2 milyon 500 min əlavə kredit verirdi?
Azad Nağıyev bu işin öncədən ona qarşı qurulduğunu söyləyib, deyib ki, Elman Rüstəmovun xalası oğlu Rəşad Quliyevin 1 milyon 500 min mantlıq borcu o ödəsə də, sənədlərdə bank hüquqşünasının ödəməsi kimi göstərilib. 
Məhkəmədə Elman Rüstəmovun, onun müavini olmuş Avtandil Babayevin, eks baş bankirin xalası oğlu Rəşad Quliyevin dindirilməsi tələb olunub.

Sitat.info

 



Xəbər xətti