Türkiyədə məhkəmə zalına silahlı basqın: Ölən və yaralananlar var

13:40 13 Dekabr 2024

Türkiyənin Bursa şəhərində Ədliyyə binasının məhkəmə zalına silahlı hücum olub.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, güllələrə tuş gələn 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerli vaxtla saat 11:00 radələrində Uluyolda yerləşən Bursa Ədalət Sarayında baş verib.

Bursa 6-cı Ağır Cəza Məhkəməsində keçirilən iclasda şikayətçinin atasının iki şübhəliyə atəş açdığı iddia edilir.

Məhkəmə salonunda böyük çaxnaşma yaşanarkən, təcavüzkara   jandarma və polis qrupları müdaxilə edib. Xəbərdarlıqdan sonra çoxlu təcili yardım və polis qrupları ədliyyə binasına cəlb edilib və bina boşaldılıb.

 Bursa Respublika Prokurorluğu hadisə ilə bağlı istintaq başladılıb. 

Aytac,

Sitat.info



Xəbər xətti